Tramp 60 ölkəyə yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır

21:52 - 21.07.2026


21 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın bu həftə ərzində 60-a yaxın ölkəyə 10% ilə 12,5% arasında dəyişən yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşdığı iddia olunur.

"Financial Times" nəşrinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, bu addım fevralın 24-də yürürlüyə girən və iyulun 24-də müddəti başa çatan 150 günlük 10%-lik qlobal idxal rüsumunun əvəzlənməsi məqsədi daşıyır.

Yeni rüsumların 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tətbiq olunacağı bildirilir.