17:06 - 21.07.2026
21 iyul, Fineko/abc.az Almaniya şirkətləri Azərbaycan qazının ixracı ilə bağlı 10 illik müqavilə bağlayıblar və ilkin həcm 1,5 milyard kubmetrdir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Almaniya arasında ümumi ticarət dövriyyəsi ötən il 1,5 milyard dollar ətrafında olub və bunun böyük hissəsi Almaniyanın Azərbaycana olan ixracıdır:
"Bizim ixracımızın əsas hissəsi xam neftdir. Bir neçə yüz milyon dollar səviyyəsində Azərbaycan xam neft təchiz edir. Nə qədər lazımdır, o qədər təchiz edə bilər".
Prezident xatırladıb ki, bu ildən Azərbaycan Almaniyaya təbii qaz satmağa başlayıb:
"Ötən il ümumi qaz ixracımız 25 milyard kubmetr idi və onun yarısı Avropa İttifaqı ölkələrinə ixrac edilir".
Prezident bildirib ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə öz maliyyə dəstəyini dayandırıb və bu, əsas problemlərdən biridir.
Dövlət başçısı qeyd edib ki, beləliklə, bu gün Avropanı qaz ilə təchiz edən infrastrukturu genişləndirmək üçün Azərbaycan başqa mənbələrdən kreditlər almalıdır.
21 İyul 2026
21 İyul 2026
21 İyul 2026