Neft bahalaşır: Brent bir barel üçün 97,35 dollardır

09:27 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə qeydə alınan artımdan sonra neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində də yüksəlməkdə davam edir.

Saat 09:20-yə olan məlumata görə, Londonun "ICE Futures Europe" birjasında "Brent" markalı neftin noyabr fyuçersi 1,07 dollar (1,11%) bahalaşaraq bir barel üçün 97,35 dollar təşkil edib. Sentyabrın 4-də baş tutan ticarətin yekununda isə bu müqavilənin qiyməti 0,76 dollar (0,80%) artaraq 96,28 dollar olmuşdu.

Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin oktyabr fyuçersi saat 09:20-yə qədər 1,06 dollar (1,16%) yüksələrək bir barel üçün 92,54 dollara çatıb. Sentyabrın 4-də bu müqavilənin qiyməti 0,18 dollar (0,20%) artaraq 91,48 dollar səviyyəsində qərarlaşmışdı.

Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti isə 0,78 dollar (0,74%) ucuzlaşaraq bir barel üçün 104,20 dollar təşkil edib.

Ötən həftənin yekunlarına əsasən, "Brent" nefti 9,28%, "WTI" 9,69%, "Azeri Light" isə 12,18% bahalaşmışdı.