13:47 - 5.09.2026
5 Sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon manat vergi daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2%, müəyyən edilmiş proqnozdan isə 7,7% çoxdur.
Səkkiz aylıq vergi daxilolmalarının əsas hissəsini qeyri-neft-qaz sektoru təmin edib. Bu sektorun payına 9 milyard 468,7 milyon manat düşüb ki, bu da 1 il əvvələ nisbətən 12,3%, proqnozla müqayisədə isə 3,1% çoxdur.
Qeyri-neft vergi daxilolmalarındakı ikirəqəmli artım ölkə iqtisadiyyatının diversifikasiyası və biznesin şəffaflaşdırılması tədbirlərinin müsbət nəticəsini göstərir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026