AMB sistem əhəmiyyətli banklarla bağlı dəyişiklik etdi - Detallar

10:27 - 4.09.2026


4 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı sistem əhəmiyyətli bankların qiymətləndirilməsi və kapital adekvatlığı qaydalarına dəyişikliklər edib. Əsas yeniliklər aşağıdakılardır:

İndikatorların hesablanması

Maliyyə institutlarında yerləşdirilən aktivlər: Mərkəzi Bankda yerləşdirilən aktivlər bu hesablamadan çıxarılıb.

Ödəniş əməliyyatları: AZİPS sistemi vasitəsilə aparılan əməliyyatlarda yalnız müştəri köçürmələri və banklararası ödənişlər nəzərə alınacaq.

Siyahının təsdiqi və kapital buferi

Təsdiq müddəti: Sistem əhəmiyyətli bankların siyahısı hər il sentyabrın 1-dək təsdiqlənəcək.

Tələblərin artırılması: Bank siyahıya ilk dəfə daxil olduqda və ya daha yüksək qrupa keçdikdə, artırılmış kapital buferi tələbi növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Tələblərin azaldılması: Bankın siyahıdan çıxarılması və ya aşağı qrupa keçirilməsi üçün nəticələr ardıcıl 2 il təsdiqlənməlidir. Bu halda azaldılmış bufer tələbi dərhal tətbiq ediləcək.