10:02 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. İngiltərə Mərkəzi Bankının (BoE) Baş iqtisadçısı Pyuv Pill İran müharibəsi səbəbindən artan inflyasiya təzyiqlərini nəzarətdə saxlamaq üçün uçot dərəcəsinin təcili olaraq 4%-ə qaldırılmasının vacibliyini bildirib.
Edinburq Ticarət Palatasındakı çıxışında baş iqtisadçı qeyd edib ki, faiz dərəcələrinin indi artırılması gələcəkdə daha kəskin və aqressiv sərtləşdirmə addımlarına ehtiyacı azaldacaq.
İyul iclasında Pul Siyasəti Komitəsinin (MPC) üç üzvü faiz artımına səs versə də, çoхluq gərginliyin uzunmüddətli təsirlərini gözləməyə üstünlük verərək dərəcəni dəyişməz saxlamışdı.
Hazırda bazarlar sentyabr iclasında 25 baz bəndlik artım ehtimalını 15%, noyabr görüşü üçün isə 70%-dən yuxarı qiymətləndirir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026