Qızıl həftəni 4 467 dollar səviyyəsində artımla başa vurmağa hazırlaşır

10:50 - 4.09.2026


4 Sentyabr, Fineko/abc.az.  Cüməşənbə günü 2%-dən çox dəyər qazanan qızıl, ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəsmisinin inflyasiya ilə bağlı açıqlamalarından sonra sabitləşib və həftəni cüzi artımla başa vurmağa hazırlaşır. Spot qızıl bu səhər mütənasib seyrlə 4 467 dollar civarında hərraca çıxarılır.

FED İdarə Heyətinin üzvü Kristofer Uoller inflyasiya təzyiqlərinin zəifləməsi halında faiz dərəcələrinin sabit saxlanılmasını dəstəkləyə biləcəyini bildirib.

Dolların son ayların ən aşağı səviyyəsinə geriləməsi digər valyutalarla qızıl alımını cəlbedici edir. Baza metallarından gümüş 66,90 dollar civarında seyr edir.