09:50 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. İtaliyanın "UniCredit" bankının satınalma cəhdləri ilə qarşılaşan Almaniyanın "Commerzbank"ı səhmdarların gəlirliliyini artırmaq məqsədilə 1,2 milyard avroya (1,39 milyard dollar) qədər yeni səhm geri alım proqramına başlayacağını elan edib.
Bazar dəyəri təxminən 44 milyard avro olan bankın məlumatına görə, proqram 4 sentyabr tarixindən etibarən start götürəcək və ən geci 10 fevral 2027-ci il tarixinədək davam edəcək. Geri alınan bütün səhmlər ləğv ediləcək.
"Commerzbank"ın icraçı direktoru Bettina Orlopp bu addımın kapitalın cəlbedici qaytarılması siyasətinin bir hissəsi olduğunu bildirib.
Qeyd edək ki, "UniCredit"in iyul ayında "Commerzbank"dakı payını 50%-ə qaldırmasından sonra mümkün satınalma ilə bağlı Almaniya tərəfinin müqaviməti zəifləyib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026