Dövlət Gömrük Komitəsi 1 milyon 150 min manata telekommunikasiya avadanlıqları alır

11:43 - 4.09.2026


4 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi informasiya texnologiyaları və telekommunikasiya avadanlıqları alır.

Qurum işin icrası üçün “STRİX” MMC ilə müqavilə imzalayıb.

Şirkətə 1 milyon 150 min 155 manat ödəniş ediləcək.

Xatırladaq ki,“STRİX” MMC-nin qanuni təmsilçisi Pərviz Şirinov Rəfail oğludur.  Şirkətin nizamnamə kapitalı isə 5 manat təşkil edir.