Sahə həkimləri bundan sonra 2000 manat maaş alacaq - TƏBİB direktoru anons verdi

11:58 - 2.09.2026


2 sentyabr, Fineko/abc.az. TƏBİB sistemində ilkin səhiyyə, təcili yardım və regionlarda çalışan həkimlərin maaşları kəskin artırılır.

TƏBİB-in icraçı direktoru Anar Bayramovun mətbuat konfransında verdiyi məlumata görə, əməkhaqqı islahatının əsas məqsədi həkimlərin regionlara cəlb olunmasını stimullaşdırmaq və kadr çatışmazlığını aradan qaldırmaqdır.

Yeni əməkhaqqı göstəriciləri:

Ailə və sahə həkimləri: 1 150 manatdan 2 000 manata (+74%)

RTTTYM həkimləri: 1 550 manatdan 2 200 manata

Tibb mərkəzlərinin təcili yardım həkimləri: 1 550 manatdan 2 500 manata (+61%)

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili yardım həkimləri: 2 100 manatdan 3 000 manata

Regionlar üzrə xüsusi artımlar (Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla):

Uşaq anestezioloq-reanimatoloqları: 1 450 manatdan 3 000 manata (+107%)

Neonatoloqlar: 1 450 manatdan 2 400 manata (+66%)

Hemodializ həkimləri: 1 450 manatdan 2 250 manata (+55%)

Dar ixtisaslı region həkimləri (ginekologiya, cərrahiyyə, travmatologiya və s.): 1 450 manatdan 2 150 manata (+48%)