Rusiya taxıl ixracı vergisini 2026-cı ilin sonunadək dayandırdı

12:12 - 2.09.2026


2 Sentyabr, Fineko/abc.az. Rusiya tədarük zəncirində yaranan axsamalar fonunda buğda, arpa və qarğıdalıya tətbiq edilən dəyişkən ixrac rüsumunu 2026-cı il dekabrın 31-dək dondurub.

Rusiya İqtisadiyyat Nazirliyinin  verdiyi məlumata görə, qərar logistikanın yenidən qurulması zərurəti ilə əlaqədar qəbul olunub.

Təhlükəsizlik riskləri Rusiya taxıl ixracının 70%-dən çoxuna təsir göstərib. Avqust ayında buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə yarıdan çox azalıb. İxrac rüsumlarının sıfırlanması ilə yanaşı, günəbaxan yağının ixrac vergisi də avqust ayı səviyyəsində saxlanılıb.