13:44 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. Azərbaycandan Ermənistana növbəti yanacaq tədarükü həyata keçirilib. 17 çən vaqondan ibarət, ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 1 114 ton kömür, 334 ton taxta və 133 ton alüminium daşınıb.
Bununla yanaşı, Azərbaycandan Ermənistana birbaşa olaraq 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin ixrac edilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026