Buna görə Bakıda bəzi yollar bağlanır

12:26 - 4.09.2026


4 sentyabr, Fineko/abc.az. “Alufar IRONMAN 70.3 Baku” beynəlxalq yarışı ilə əlaqədar 4 və 5 sentyabr tarixlərində Bakının bəzi yol və prospektlərində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Məhdudiyyətlərə sentyabrın 4-ü saat 21:00-dan sentyabrın 5-i saat 16:00-dək (hazırlıq, yarış və təmizlik mərhələləri üzrə) olacaq.

Məhdudlaşdırılan ərazi: Bakı–Ələt yolunun 14-cü kilometrindən (Lökbatan dairəsi istiqamətindən) şəhər mərkəzinə doğru, “Sheraton Baku Intourist” hotelinin qarşısındakı dairəyədək.

Alternativ yol: Sürücülər Bakı–Ələt avtomobil yolunun Lökbatan–Bayıl istiqamətindən istifadə edə bilərlər.

Xüsusi rejimlər: Bakı–Ələt–Qazax yolunun 25-ci km-dən əks istiqamətdə qarşıdan gələn nəqliyyat üçün 1 zolaq, Lökbatan dairəsi istiqamətində isə 1 zolaq ictimai nəqliyyat üçün ayrılacaq.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək yarışda 62 ölkədən 1 500-dən çox idmançının iştirakı gözlənilir.