14:26 - 4.09.2026
4 sentyabr, Fineko/abc.az. “Xalq Bank” ASC-yə Bakı Fond Birjası (BFB) tərəfindən yazılı xəbərdarlıq edilib.
Buna səbəb bankın BFB-yə təqdim etməli olduğu daxili qayda və prosedurları müəyyən edilmiş müddətdə təqdim etməməsi olub.
BFB-nin Üzvlük Qaydalarına əsasən, Birja üzvləri daxili nəzarət, risklərin idarə edilməsi, ticarət məlumatlarının qorunması və təhlükəsizliyi, müştərilərlə iş, müştəri tapşırıqlarının qəbulu və icrası, maraqlar münaqişəsinin həlli, həmçinin müştərilər üzrə ticarət limitlərinin müəyyənləşdirilməsi ilə bağlı daxili prosedurlara malik olmalıdırlar.
Qaydalar həmin daxili qayda və prosedurların surətinin BFB-yə təqdim edilməsini də tələb edir.
“Xalq Bank”ın bu sənədləri vaxtında təqdim etməməsi səbəbindən BFB-nin Üzvlük Komitəsinin 1 sentyabr 2026-cı il tarixli qərarı ilə banka yazılı xəbərdarlıq formasında intizam tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, “Xalq Bank” eyni zamanda Bakı Fond Birjasının səhmdarıdır. Bankın BFB-nin nizamnamə kapitalında 4,76% payı var.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026