Ermənistandan ilk dəfə Azərbaycana məhsul ixrac olunub

16:43 - 3.09.2026


3 sentyabr, Fineko/abc.az. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana ilk məhsul ixracının artıq həyata keçirildiyini bildirib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilib ki, hökumət rəhbəri ixracatla bağlı ilk müqavilənin reallaşdığını və detalların tezliklə aidiyyəti şirkətlərin özləri tərəfindən açıqlanacağını vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da yaxın vaxtlarda Azərbaycana ilk ixrac əməliyyatı barədə ictimaiyyətə məlumat veriləcəyinin anonsunu etmişdi.