“AzerGold”un ixrac gəlirləri 25% artaraq 156 milyon dolları keçib

14:45 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında “AzerGold” QSC 156,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın avqust sayına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz və ya 31,3 milyon dollar çoxdur.

Məlumat üçün bildirək ki, 2025-ci ilin yanvar-iyul aylarında “AzerGold” QSC-nin ixrac gəlirləri 125,1 milyon dollar təşkil etmişdi.