13:36 - 5.09.2026
5 Sentyabr, Fineko/abc.az. Azərbaycandan Ermənistana növbəti enerji tədarükü həyata keçirilib. Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 16 vaqondan ibarət, ümumi çəkisi 977 ton olan dizel yanacağı yola salınıb.
Bununla da indiyədək Azərbaycandan Ermənistana ixrac edilən dizel yanacağının həcmi 16 min tona yaxınlaşıb. Ölkədən həmçinin 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin çatdırılıb.
Paralel olaraq, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə kənd təsərrüfatı və sənaye mallarının daşınması davam edir. Son partiya çərçivəsində Böyük Kəsik istiqamətinə 355 ton buğda (5 vaqon), 180 ton gübrə (3 vaqon) və 138 ton taxta materialı (2 vaqon) göndərilib.
Ümumilikdə, bu marşrutla Ermənistana 60 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 414 ton propan, 1 114 ton kömür, 334 ton taxta və 133 ton alüminium tranzit olunub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026