15:56 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Sentyabrın 3-dən etibarən ölkəyə gətirilən malların gömrük dəyəri yalnız Azərbaycan manatı (AZN) ilə bəyan ediləcək. İyunun 19-da qəbul olunmuş bu dəyişikliklərlə yanaşı, bəyanetmə sənədlərinin 3 il müddətində saxlanılması tələbi də müəyyən edilib.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sözlərinə görə, yeniliklərin ana xəttini tranzit potensialının artırılması, gömrük əməliyyatlarının elektronlaşdırılması və sahibkarların inzibati yükünün azaldılması təşkil edir.
Əsas yeniliklər:
Multimodal daşımalar: "Bir elektron bəyannamə" prinsipi və beynəlxalq tranzit sistemlərinə inteqrasiya tətbiq olunur.
Etibarlı tərəfdaşlıq: Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsi genişləndirilir.
Prosedurların sadələşdirilməsi: İnzibati aktlar elektronlaşdırılır və Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyası tətbiq edilir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026