“AzərEnerji”nin ixrac gəlirləri 7,5 milyon dollara çatıb

15:42 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında "AzərEnerji" ASC 7,5 milyon ABŞ dolları dəyərində ixrac gəliri əldə edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 87,5% çoxdur.

Məlumat üçün bildirək ki, 7 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.