14:17 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) “Payonix” brendi ilə fəaliyyət göstərən “Baku Pay” MMC-nin vəzifəli şəxsi və “Epoint” brendinin sahibi “Global İnnovations” MMC-ni inzibati məsuliyyətə cəlb edib.
“Baku Pay” MMC-də 31 mart–15 aprel 2026-cı il tarixlərində keçirilmiş yerində yoxlama zamanı pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb.
Bununla əlaqədar “Baku Pay”ın vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2-ci maddəsinə əsasən 2 000 manat cərimə edilib.
Bundan başqa, AMB-nin 24 fevral–17 mart 2026-cı il tarixlərində “Global İnnovations” MMC-də apardığı yerində yoxlama zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Aşkarlanmış pozuntulara görə “Global İnnovations” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 min manat cərimələnib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026