10:49 - 3.09.2026
3 sentyabr, Fineko/abc.az. Mehriban Nazim qızı Əliyeva Azərbaycan Respublikasının Mərkəzi Bankında Maliyyə bazarlarının hüquqi təminatı departamentinin direktoru təyin edilib. Sözügedən vəzifə daha əvvəl vakant olub.
Maliyyə bazarlarının hüquqi təminatı departamentinin əsas məqsədi maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti sahəsində Mərkəzi Bankın qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərinin həyata keçirilməsinə hüquqi yardım göstərmək, həmçinin Mərkəzi Bankın normayaratma fəaliyyətinin qanunvericiliyin prinsiplərinə uyğunluğunu təmin etməkdir.
Departamentin strukturuna Bank sektorunun hüquqi təminatı, Sığorta bazarının hüquqi təminatı, Kapital bazarlarının hüquqi təminatı, Ödəniş sektoru və maliyyə texnologiyalarının hüquqi təminatı, habelə Sektorlararası hüquqi təminat şöbələri daxildir.
Mehriban Əliyeva 2026-cı ilin sentyabrından Mərkəzi Bankda departament rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl 2024-cü ilin mayından 2025-ci ilin avqustunadək Mərkəzi Bankda digər departamentin rəhbəri, 2022-ci ilin aprelindən 2024-cü ilin mayınadək bölmə rəhbəri, 2020-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə baş hüquqşünas vəzifələrində çalışıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026