15:01 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. ABŞ-ın "Goldman Sachs" investisiya bankı Türkiyə bankçılıq sektoruna dair yayımladığı son hesabatda 2026-cı ilin iyul ayı nəticələrinə görə bankların mənfəətliliyinin zəiflədiyini, lakin faiz marjasındakı genişlənmənin yaxın müddətli riskləri idarəolunan səviyyədə saxladığını bildirib.
Bankın təhlilinə əsasən, iyul ayında sektorun xalis mənfəəti əvvəlki ayla müqayisədə 38% azalıb, özkapital mənfəətliliyi (ROE) isə 31,3%-dən 19,5%-ə düşüb.
Türkiyə Mərkəzi Bankının effekiv maliyyələşdirmə dərəcəsini 37%-ə endirməsi depozit xərclərini azaldaraq bankların xalis faiz marjasını dəstəkləyib. "Goldman Sachs" struktur üstünlüklərinə görə "Garanti BBVA" və "İş Bankası" üçün "Al" (Satın al) tövsiyəsini saxladığı halda, "Akbank" və "Yapı Kredi" üzrə "Nötr" mövqeyini qoruyub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026