15:42 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. ABŞ ilə İran arasında artan hərbi gərginlik və qlobal istiqraz bazarındakı kütləvi satışlar investorları daha ehtiyatlı mövqe tutmağa məcbur edib.
2 sentyabr tarixinədək olan həftə ərzində investorların nağd vəsaitlərə və qısamüddətli borc alətlərinə üstünlük verməsi nəticəsində qlobal pul bazarı fondlarına (Money Market Funds) son bir ayın ən yüksək həcmdə kapital axını baş verib.
Təkcə ABŞ-ın pul bazarı fondlarının aktivləri həftəlik 44,75 milyard dollar artaraq rekord 7,98 trilyon dollara yüksəlib. BMT və beynəlxalq maliyyə təsisatlarının təhlillərinə görə, Enerji daşıyıcılarının bahalaşması və gözlənilən inflyasiya təzyiqləri fonunda mərkəzi bankların faiz dərəcələrini daha uzun müddət yüksək saxlamaq (və ya yenidən artırmaq) ehtimalı investorları riskli aktivlərdən (səhmlər və uzunmüddətli istiqrazlar) çəkindirərək təhlükəsiz liman hesab edilən pul bazarı fondlarına yönəldib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026