15:11 - 4.09.2026
4 sentyabr, Fineko/abc.az. Xocavənd rayonunun Tuğ kəndində 91 fərdi yaşayış evinin yenidən qurulması üçün layihələndirmə işlərinə 1,28 milyon manat ayrılıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Tuğ kəndində 91 fərdi yaşayış evinin yenidən qurulması (rekonstruksiya) işlərinin layihələndirilməsi üzrə satınalma prosedurunu yekunlaşdırıb. Prosedurun qalibi “Era Design Group” MMC seçilib.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi məbləği 1 281 043 manat təşkil edir.
Layihə çərçivəsində Tuğ kəndində 91 fərdi yaşayış evinin rekonstruksiyası üçün layihə sənədlərinin hazırlanması nəzərdə tutulur.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026