14:35 - 17.07.2026
17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə əsasən, bu il iyunun 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi illik müqayisədə 16,3% (82,6 milyon manat) artaraq 589,620 milyon manata (təxminən 346,8 milyon dollar) çatıb.
Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşları illik 12,3% artımla 556,865 milyon manat (orta faiz dərəcəsi 19,92%), Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə illik müqayisədə kəskin şəkildə — 2,9 dəfə artaraq 32,755 milyon manat (orta faiz dərəcəsi 13,52%) təşkil edib.
Hesabat dövründə Qarabağa qoyulmuş kreditlərin 556,547 milyon manatı milli valyutada, 318 min manatı sərbəst dönərli valyutada (SDV), Şərqi Zəngəzurda isə müvafiq olaraq 24,383 milyon manatı milli valyutada, 8,373 milyon manatı isə SDV-də yerləşdirilib.
15 İyul 2026
16 İyul 2026