16:55 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Türkiyədə 1200 MVt gücə malik Akkuyu Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunda sınaq mərhələsi başlayıb.
Ölkənin Energetika naziri Alparslan Bayraktarın sözlərinə görə, ilk reaktorun istifadəyə verilməsi respublikanın elektrik enerjisinə olan tələbatının 2.5%-dək hissəsini qarşılayacaq.
2018-ci ildən həyata keçirilən layihənin icraçısı "Rosatom" strukturuna daxil olan "Akkuyu Nuclear" şirkətidir. Rusiya layihəli VVER-1200 tipli dörd enerji blokunun hər biri tam gücü ilə fəaliyyətə başladıqdan sonra stansiya Türkiyənin ümumi enerji tələbatının 10%-ni təmin edəcək.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026