10:34 - 7.09.2026
7 Sentyabr, Fineko/abc.az. ABŞ-ın "Goldman Sachs" investisiya bankı Yaxın Şərqdə dəniz yükdaşımalarına qarşı hücumların intensivləşəcəyi təqdirdə dünya bazarında neftin barrelinin 120 ABŞ dollarına qədər bahalaşa biləcəyi barədə xəbərdarlıq edib.
Bankın Qlobal Əmtəə Araşdırmaları Həmsədri Daan Struyven bildirib ki, Hörmüz boğazındakı gərginlik və tankerlərə olunan hücumlar tədarük zəncirində ciddi pozuntular yaradır.
Hazırda Brent markalı neftin barreli 97 dollar civarında ticarət olunur. Bank tədarükün normallaşacağı halda qiymətin 80 dollara düşəcəyini proqnozlaşdırsa da, mövcud геоsiyasi risklərdən sığortalanmaq üçün investorlara xam neftdən daha çox qlobal təbii qaz və emal olunmuş neft məhsullarında (xüsusilə dizel və motorin) uzun mövqe tutmağı tövsiyə edir.
Qeyd olunub ki, sənaye dizelinin qiyməti bu il artıq iki dəfədən çox bahalaşıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026