İlon Mask xəbərdarlıq etdi: Elektrik enerjisi çatışmazlığı fonunda Çin süni intellekt  yarışında qalib gələ bilər

16:38 - 8.09.2026


8 Sentyabr, Fineko/abc.az. "Tesla" və "xAI" şirkətlərinin rəhbəri İlon Mask qlobal süni intellekt (İİ) yarışında əsas məhdudlaşdırıcı amilin çiplər deyil, elektrik enerjisi olduğunu bəyan edib.

Maskın qiymətləndirməsinə görə, Çinin elektrik enerjisi istehsalı potensialı ABŞ-ı üç dəfəyə yaxın üstələyir və bu fərq Pekinə irimiqyaslı İİ məlumat mərkəzlərini (data-center) işə salmaqda həlledici üstünlük verir.

ABŞ-da yeni obyektlərin enerji şəbəkəsinə qoşulma müddəti illərlə uzandığı halda, Çin nəhəng enerji infrastrukturu inşa etməyə davam edir.

Ekspertlər bildirirlər ki, Vaşinqtonun çip ixracına qoyduğu məhdudiyyətlərə baxmayaraq, Pekin yerli yarımkeçirici istehsalında özünütəminat səviyyəsinə çatdıqdan sonra nəhəng enerji ehtiyatları hesabına İİ sahəsində qlobal liderliyi tam ələ ala bilər.