17:16 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. İqlim dəyişikliyi su ehtiyatlarının idarə olunmasını kəskin çətinləşdirir: quraqlıqlar uzanır, daşqınlar şiddətlənir və kənd təsərrüfatı, sənaye, eləcə də şəhərlərdə suya tələbat artır.
Bu barədə BCAW2026 çərçivəsində keçirilən "İqlim üçün su fəaliyyəti üzrə Bakı Dialoqu" adlı dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bəyan edib.
M.Babayev iqlimə uyğunlaşma prosesinin su idarəçiliyi ilə inteqrasiyalı şəkildə aparılmasının vacibliyini vurğulayıb. O bildirib ki, sudan səmərəli istifadə, su anbarlarının və infrastrukturun davamlılığı, eləcə də monitorinq və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi əsas prioritetlər sırasındadır.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026