17:28 - 20.07.2026
20 iyul, Fineko/abc.az. ABŞ prezident administrasiyası bəzi “green card” müraciətçiləri üçün təxminən 100 min dollar məbləğində depozitin tətbiqini nəzərdən keçirir.
Bu barədə The Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, depozitin məbləği sabit olmayacaq və konkret haldan asılı olaraq dəyişə bilər. Ayrı-ayrı hallarda bu rəqəm 100 min dollardan həm aşağı, həm də yuxarı ola bilər. İlkin mərhələdə təşəbbüsün məhdud sayda ölkədə sınaqdan keçirilməsi planlaşdırılır, lakin onların siyahısı açıqlanmır.