23:21 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Rusiyada faiz dərəcələrinin artırılmasının inflyasiyanı zəif şəkildə məhdudlaşdırdığı staqflyasiyaya yaxın vəziyyət formalaşır.
Bu barədə Rusiyanın Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin hesabatında bildirilir.
Ekspertlər iki əsas amili qeyd edirlər: qiymətlərin əhəmiyyətli bir hissəsi (benzin, mənzil-kommunal təsərrüfatı tarifləri) Mərkəzi Bankın siyasətindən asılı deyil və biznes artan xərclərini, o cümlədən kreditlər üzrə faizləri son qiymətlərə əks etdirir.
Bundan əlavə, yüksək borc yükü və zəif rəqabət şəraiti şirkətlərə marjanı qoruyub saxlamağa imkan verir ki, bu da vəziyyəti daha da gərginləşdirir. Nəticədə, sərt pul siyasəti iqtisadiyyatı ləngidir, lakin inflyasiya ilə mübarizədə nəzərəçarpacaq bir təsir göstərmir.