18:26 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Böyük Britaniyada Leyboristlər Partiyasının yeni lideri Endi Börnhem Bukingem sarayında Kral III Çarlz ilə görüşdən sonra rəsmən ölkənin yeni baş naziri təyin olunub.
Mançesterin keçmiş meri Börnhem Makerfilddəki əlavə parlament seçkilərində qalib gəldikdən sonra partiya daxilində böyük dəstək qazanaraq yeganə namizəd kimi Leyboristlər Partiyasının lideri seçilib. Börnhem öz çıxışında ölkədə yaşayış xərcləri böhranını yüngülləşdirməyi və bölgələrə daha çox səlahiyyət verməklə idarəetmədə köklü islahatlar aparacağını bəyan edib.