11:00 - 18.07.2026
18 iyul, Fineko/abc.az. Dünyanın ən böyük içki istehsalçısı "The Coca-Cola Company" ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) etdiyi rəsmi müraciətdə törəmə müəssisəsi olan "Fairlife" süd məhsulları şirkətinin güclü fidyə proqramı (ransomware) hücumuna məruz qaldığını açıqlayıb.
Hücum nəticəsində ultra-filtrasiya olunmuş yüksək proteinli süd məhsulları istehsal edən brendin ABŞ-dakı bütün zavodlarında istehsal xətləri müvəqqəti olaraq tamamilə dayandırılıb, lakin brendin Kanadadakı fəaliyyətinə ziyan dəyməyib.
İnsidentin araşdırılmasına FTB və kiberbərpa üzrə beynəlxalq ekspertlər cəlb olunsa da, sistemlərin tam bərpası və zavodların nə vaxt işə düşəcəyi barədə dəqiq vaxt açıqlanmır; məhsulların keyfiyyət və təhlükəsizliyinə isə hər hansı təsir qeydə alınmayıb.
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
15 İyul 2026