16:07 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Ukrayna Parlamenti Türkiyə ilə Azad Ticarət Sazişini təsdiqləyib. Bununla da sazişin qüvvəyə minməsi üçün mühüm tarixi mərhələ geridə qalıb.
Türkiyənin ticarət naziri Ömər Bolatın rəsmi açıqlamasına görə, bu saziş iki ölkə arasındakı ticarətin təxminən 90%-nin qarşılıqlı şəkildə liberallaşdırılmasını təmin edəcək və iki dövlət başçısı tərəfindən qarşıya qoyulan 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmağı sürətləndirəcək.
Qeyd olunub ki, iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 6,2 milyard dollar, 2025-ci ildə isə 6,6 milyard dollar təşkil edib. Cari ilin ilk 6 ayında isə ticarət həcmi 10% artaraq təxminən 3,2 milyard dollara çatıb. Saziş həmçinin xidmət ticarəti, logistika və podrat xidmətlərində daha şəffaf hüquqi çərçivə yaradacaq.
13 İyul 2026
14 İyul 2026
13 İyul 2026
14 İyul 2026