12:19 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,7 %, qeyri-qida məhsulları üzrə 3,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, iyunda istehlak qiymətləri ötən ilin eyni ayına nisbətən 5,8 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, qeyri-qida məhsulları üzrə 3,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 % artıb.
Ötən ay istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 %, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 0,7 % azalıb.
İyunda ayrı-ayrı qida məhsullarından əsasən qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız sular bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartof ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026