14:21 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Çin texnologiya şirkəti DeepSeek-in təsisçisi Lyan Venfenin sərvəti son maliyyələşdirmə mərhələsindən sonra iki dəfədən çox artaraq onu süni intellekt modelləri hazırlayanlar arasında dünyanın ən varlısına çevirib.
Bloomberg Billionaires Index-in məlumatına görə, Lyan Venfenin sərvəti 36 milyard dollara çatıb və o, OpenAI-dən Qreq Brokmanın (25,5 mlrd dollar) və Anthropic-in həmtəsisçisi Dario Amodeinin (8 mlrd dollar) sərvətini xeyli üstələyib.
2025-ci ilin əvvəlində DeepSeek ABŞ-dakı qabaqcıl analoqlardan geri qalmayan, lakin xeyli daha az xərclə hazırlanmış model təqdim edərək qlobal texnologiya sənayesində səs-küy yaradıb. Startap inkişafını davam etdirir: yaxınlarda V4 modelini təqdim edib və onun yerli texnoloji nəhəng Huawei Technologies-in istehsal etdiyi çiplərlə uyğun olduğunu açıqlayıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026