12:22 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində ticarət əlaqələrinin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
AZPROMO-dan verilən məlumata görə, agentliyin icraçı direktoru Yusif Abdullayevin türkmənistanlı tərəfdaşlarla keçirdiyi görüşdə ticarət dövriyyəsinin artırılması və işgüzar dairələr arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Görüşdə yaxın zamanlarda Türkmənistan iş adamlarının Azərbaycana biznes missiyasının və ixrac məhsullarının sərgisinin təşkili imkanları araşdırılıb.
Həmçinin, cari ilin sonunadək Azərbaycan-Türkmənistan İşgüzar Şurasının yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026