17:36 - 13.07.2026
13 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 22 milyard 164,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım deməkdir.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac 15 milyard 346,3 milyon dollara çataraq illik müqayisədə 49,2% artıb.
Qeyri-neft-qaz ixracı isə 5 milyard 132 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
İdxalın həcmi isə 6 milyard 818,3 milyon dollar təşkil edib və illik müqayisədə 31,6% azalıb.
Nəticədə Azərbaycanın xarici ticarət balansında 8 milyard 528 milyon ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Müqayisə üçün, yanvar-aprel aylarının yekununda müsbət ticarət saldosu 7 milyard 11,1 milyon dollar təşkil etmişdi.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026