Azərbaycan neft məhsulları ixracını 1,7 dəfə artıb

16:09 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 486 min 643,62 ton həcmində neft məhsulları ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bu həcmdə məhsulun dəyəri 385 milyon 852,83 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,7 dəfə, dəyəri isə 2,7 dəfə artıb.

Ötən 6 ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,36 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.