16:50 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Qırğızıstan Nazirlər Kabineti ölkədən yanacağın ixracına tam qadağa tətbiq edib və onun idxalını sadələşdirib.
Bu addım daxili neft və neft məhsulları bazarının sabitləşdirilməsi, enerji təhlükəsizliyinin qorunması və yanacaq qıtlığının qarşısının alınması məqsədi daşıyır.
Qərara əsasən, yanacağın respublika ərazisindən, hətta Aİİ ölkələrinə belə ixracı tam qadağan olunur. Yalnız avtomobillərin standart yanacaq çənlərində olan YSM istisna təşkil edir. Eyni zamanda, 2019-cu ildən qüvvədə olan avtomobil nəqliyyatı ilə yanacaq idxalına qoyulan qadağa 1 aprel 2027-ci ilədək dayandırılır.
İlin əvvəlindən Qırğızıstanda yanacaq qiymətləri 7–10% artıb: Aİ-92 markalı benzinin litri təxminən 80 som (92 ABŞ senti) təşkil edir. Vəziyyəti sabitləşdirmək üçün hökumət Aİ-92 və dizel yanacağı üzrə dövlət qiymət tənzimlənməsini tətbiq edib. Həmçinin hökumət Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistanla YSM tədarükləri barədə danışıqlar aparır.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026