22:52 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Cənubi Afrika Respublikası 1970-ci illərdən bəri ilk dəfə olaraq tədarük riskləri və qiymət artımı fonunda strateji neft ehtiyatlarını artırmağı planlaşdırır.
Bu barədə Bloomberg məlumat yayıb.
Rəsmi qiymətləndirmələrə görə, ölkənin təxminən 10 milyon barel neft alması zəruridir və ümumi ehtiyatların həcmi daxili tələbatın 60 gününü qarşılamaq üçün təxminən 36 milyon barelə çatdırılmalıdır.
Layihə çərçivəsində maliyyələşdirmə mexanizmlərinin hazırlanmasında dövlət və milli neft şirkətinin iştirakı, həmçinin təchizatçıların əlavə ehtiyatlar saxlaması nəzərdə tutulur.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026