10:06 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Upstream Management International” MMC-yə yeni Baş maliyyə və kommersiya direktoru təyin edilib.
Bu vəzifə Araz Mehdiyeva həvalə edilib.
O, buna qədər ”SOCAR-Fugro” MMC-nin İdarə Heyətinin üzvü, “SOCAR”ın Hesabat və Nəzarət Departamentinin direktoru vəzifələrində çalışıb.
Araz Mehdiyev 2025-ci ilin aprel ayından SOCAR Midstream-də İdarə Heyətinin üzvü təyin olunub.
1989-cu ildə anadan olub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026