17:09 - 14.07.2026
14 iyul, Fineko/abc.az. ABŞ-nin ən böyük bankları ("JPMorgan", "Wells Fargo", "Bank of America", "Goldman Sachs" və "Citigroup") cari ilin ikinci rübünü gözləntiləri aşan rekord göstəricilərlə başa vurublar.
Məlumata görə, maliyyə nəhənglərinin gəlirlərinin artmasına birja dalğalanmaları, səhm ticarətinin aktivləşməsi və investisiya bankçılığı xidmətlərindəki canlanma təkan verib:
"JPMorgan" tariminin ən yüksək rüblük mənfəətini açıqlayıb. Bankın səhm ticarəti gəlirləri 86% artaraq 6,03 milyard dollara, ümumi ticarət gəliri isə rekord həddə – 12,1 milyard dollara çatıb.
"Wells Fargo"nun xalis mənfəəti 17% artaraq 6,4 milyard dollar təşkil edib, qeyri-faiz gəlirləri isə 10,3 milyard dollara yüksəlib.
"Bank of America" (BofA) səhm ticarəti gəlirlərini 70% artıraraq 3,6 milyard dollara çatdırıb və yeni rekorda imza atıb.
"Goldman Sachs" səhm ticarətindən 7,42 milyard dollar gəlir götürərək ardıcıl üçüncü rüb mütləq dünya rekordunu yeniləyib.
"Citigroup" isə səhm ticarəti gəlirini 45% artaraq 2,3 milyard dollara çatdırıb və beş əsas biznes istiqamətindən dördündə analitiklərin proqnozlarını üstələyib.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026