17:07 - 14.07.2026
14 iyul, Fineko/abc.az. "Premium Bank" ASC bu ilin I yarısını 9,326 milyon manat mənfəətlə başa vurub.
Bu barədə Bankın maliyyə hesabatında qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 % çoxdur.
Yanvar-iyun aylarında "Premium Bank"ın gəlirləri 30,052 milyon manat (1 il əvvələ nisbətən 16,6 % çox), xərcləri 20,108 milyon manat (4,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 618 min manat (2 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Premium Bank"ın aktivləri 668,222 milyon manat olub ki, bu da illik müqayisədə 3,1 % çoxdur. Bunun 487,635 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 4,4 % böyüyüb.
Hesabat dövründə "Premium Bank"ın öhdəlikləri 4,3 % artaraq 474,082 milyon manata, o cümlədən depozit portfeli 6,6 % artaraq 392,359 milyon manata, balans kapitalı isə 0,1 % artaraq 194,14 milyon manata çatıb.
14 İyul 2026
14 İyul 2026
13 İyul 2026
13 İyul 2026