10:47 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Analitiklər ABŞ-nin ən böyük investisiya banklarının ("JPMorgan Chase", "Bank of America", "Citigroup", "Goldman Sachs" və "Morgan Stanley") ikinci rübdə ümumilikdə təxminən 39 milyard dollar ticarət gəliri əldə edəcəyini proqnozlaşdırırlar.
Məlumata görə, yüksək faiz dərəcələri və birja dalğalanmaları fonunda səhm treyderlərinin gəlirləri tarixi maksimuma yaxınlaşır.
Xüsusilə "Goldman Sachs"ın təkcə səhm ticarəti seqmentindən 5 milyard dollardan çox gəlir götürəcəyi gözlənilir.
Bununla yanaşı, "Keefe, Bruyette & Woods" analitikləri qeyd edirlər ki, yüksək faizlər bankların mənfəətini artırsa da, istehlakçıların borc ödənişlərini çətinləşdirə və bankları problemli kreditlər üçün ehtiyatları artırmağa məcbur edə bilər.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026
14 İyul 2026