"Rabitəbank"ın kredit portfeli 1 milyard manata yaxınlaşıb, faiz gəlirləri 21% artıb

20:27 - 14.07.2026


14 iyul, Fineko/abc.az. "Rabitəbank" xüsusilə kreditləşmə və əsas bankçılıq fəaliyyəti üzrə yüksək müsbət dinamika nümayiş etdirir.

Hesabata əsasən, bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artaraq 995 milyon 84 min manata yüksəlib. Strukturda biznes kreditləri 4,3% artaraq 436 milyon 228 min manat, istehlak kreditləri 6,8% artımla 360 milyon 709 min manat, ipoteka kreditləri isə 7% artaraq 198 milyon 147 min manat təşkil edib.

Kreditləşmənin səmərəli idarə edilməsi nəticəsində bankın faiz gəlirləri illik müqayisədə 21% artaraq 77 milyon 616 min manata çatıb. Əhalinin etimadının göstəricisi olaraq, fiziki şəxslərin bankdakı əmanət portfeli isə 619 milyon 497 min manat olub.