20:10 - 14.07.2026
14 iyul, Fineko/abc.az. Yaponiyada sənaye istehsalı ikinci ay ardıcıl artsa da, gözləntilərdən zəif olub: mayda +0,1% (gözlənti +0,5%; apreldə +0,5%).
Artım əsasən kimya (+4,6%), neft məhsulları (+9,1%) və avtomobilsiz nəqliyyat avadanlıqları (+2,8%) hesabına təmin edilib. Eyni zamanda maşın və biznes avadanlıqları (-6%), elektronika (-5,1%) və istehsal avadanlıqları (-3,5%) sahələrində azalma qeydə alınıb.
İllik ifadədə istehsal 2,1% azalıb — bu, son altı ayda ilk enişdir. Yaxın Şərqdə gərginlik fonunda tədarük zəncirləri üzrə risklər və yüksək enerji xərcləri sektora təzyiq göstərir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026