Polşa quş qripinə qalib gəlməzsə, Aİ quşçuluğunda liderliyini itirəcək

20:04 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Quş qripi və Nyukasl xəstəliyi epidemiyası Polşanı Aİ-nin ən iri quş əti istehsalçısı statusundan məhrum edə bilər. 2026-cı ilin ilk altı ayında ölkədə 139 quş qripi mənbəyi qeydə alınıb, 9 milyon quş məhv edilib, iyulun 11-nə olan məlumata görə, mənbələrin sayı artıq 143-ə çatıb.

Məlumata görə, xəstəliyin yayılmasının əsas səbəbi bir çox kiçik təsərrüfatlarda bioloji təhlükəsizlik tədbirlərinin zəif olmasıdır. Müqayisə üçün, ilin ilk yarısında Almaniyada 39, Niderlandda isə 18 quş qripi mənbəyi aşkarlanıb.

Polşa Avropa İttifaqına qoşulduqdan sonra Aİ-nin quşçuluq sahəsində liderinə çevrilib. Hazırda Aİ-də yetişdirilən hər beş toyuqdan biri Polşanın payına düşür, sahə isə təxminən 100 min nəfəri işlə təmin edir.