20:24 - 14.07.2026
14 iyul, Fineko/abc.az. "Rabitəbank" ASC 2026-cı ilin ilk altı ayının (I yarımil) maliyyə nəticələrini açıqlayıb.
Bankdan verilən məlumata görə, hesabat dövründə bankın maliyyə göstəricilərində dayanıqlı artım qeydə alınıb.
Belə ki, "Rabitəbank" bu ilin yanvar-iyun aylarında 5 milyon 604 min manat xalis mənfəət əldə edib. 2026-cı ilin II rübünün yekunlarına əsasən, bankın ümumi aktivləri 1 milyard 398 milyon manata çatıb.
Bankın maliyyə möhkəmliyini və sabitliyini xarakterizə edən məcmu kapitalı isə hesabat dövrünün sonunda bütün tutulmalardan sonra 130 milyon 84 min manat təşkil edib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026