12:31 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın emal sənayesində 10 milyard 912,6 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5%), tütün məmulatlarının istehsalı (+19,4%), kağız və karton istehsalı (+11,1%), qida məhsullarının istehsalı (+9,9%), metallurgiya sənayesi (+6,6%), tikinti materiallarının istehsalı (+4,7%) sahələrində olub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026